Ndlovu "Qarabağ"a qayıda bilər

13:19 15 İyun 2021

“Qarabağ” keçmiş futbolçusu Dino Ndlovunu heyətinə qatmaq istəyir.

 

Ağdam təmsilçisi hazırda azad agent statusu daşıyan 31 yaşlı hücumçu ilə yaxından maraqlanır.Cənubi afrikalı hücumçunun adı Türkiyə I liqa təmsilçisi “Kocaelispor” ilə də hallanır.

 

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir. 


Digər xəbərlər

Xəbər xətti