Kaxaber Sxadadze: "Neftçi" Azərbaycanda futbol markasıdır"

11:57 16 İyun 2021

"Dinamo"nun (Tibilisi) baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
 

Bu mərhələdə "Neftçi" ilə qarşılaşacaq komandanın çalışdırıcısı təmsilçimiz haqqında deyib:

 


"Neftçi" Azərbaycan çempionudur və ölkəsində "Dinamo"nun Gürcüstanda olduğu kimi futbol markasıdır. Bu komanda ciddi rəqibdir və əlbəttə ki, onu qiymətləndiririk. Belə bir vəziyyətdə şanslar haqqında danışmaq qəbuledilməzdir. Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Planlarımız var, mümkün qədər çox çalışıb, nəticəni mümkün qədər yaxşı nəticə əldə etməliyik". 


Digər xəbərlər

Xəbər xətti