"Milan" "Çelsi"nin futbolçusunu transfer etdi

00:41 18 İyun 2021

"Milan" "Çelsi"dən icarəyə götürdüyü Fikayo Tomorini transfer edib.

 

İngiltərə millisinin üzvü olan 24 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Qırmızı-qaralar" bu keçid üçün 28 milyon avro təzminat ödəyib.

 

Kanadada doğulan Nigeriya əsilli oyunçu "Çelsi"nin yetirməsidir.  


Digər xəbərlər

Xəbər xətti