Fransa Qran-Prisini Maks Ferstappen qazandı

13:38 21 İyun 2021

Formula 1 Fransa Qran-Prisinin qalibi müəyyənləşib.

 

Pol Rikar avtodromunda təşkil olunan mövsümün yeddinci yarışında “Red Bull”un pilotu Maks Ferstappen birinci olub. İlk üçlüyü “Mercedes”in pilotu Lüis Həmilton və “Red Bull”un üzvü Serxio Peres tamamlayıb. Ferstappen cari mövsüm üçüncü, karyerasında isə 13-cü qələbəsini qazanıb.

 

Pilotların siyahısına 131 xalla Ferstappen başçılıq edir. Lüis Həmilton 119 xalla ikinci, Serxio Peres isə 84 xalla üçüncü pillədə yer alıb.

 

Konstruktorlar kubokunda "Red Bull" 215 xalla birincidir. Hesabında 178 xal olan "Mercedes" ikinci, "McLaren" isə 110 xalla üçüncü yerdə qərarlaşıb. "Red Bull" komandası ardıcıl 3 yarışda qələbə qazanıb.

 

Növbəti yarış iyunun 27-də Avstriyada təşkil olunacaq. 


Digər xəbərlər

Xəbər xətti