Pərviz Abdullayevin İstanbul sınağı

18:05 23 İyun 2021

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.

 

77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Akın döyüş arenası” turnirində qüvvəsini sınayacaq.

 

Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq.

 

Bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.  


Digər xəbərlər

Xəbər xətti