"Sumqayıt"dan növbəti transfer

09:32 25 İyun 2021

“Sumqayıt” 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib.
 
 

Son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb. Hüseynov “20” nömrəli formada çıxış edəcək.
 

Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.
 

Xatırladaq ki, bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" bu yay Yusif Nəbiyev, Xəzər Məhmudov və Tərlan Əhmədlini də transfer edib. 


Xəbər xətti