"Neftçi" sonuncu oyununu Avstriyada keçirəcək

17:17 26 İyun 2021

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi sonuncu yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.

 

Rusiyanın “Spartak” (Moskva) klubu ilə görüş iyunun 29-da Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komanda iyunun 21-də Sloveniyanın “Olimpiya” (1:1), 24-də isə “Domjale” (1:2) klubları ilə qarşılaşıb. 


Digər xəbərlər

Xəbər xətti