"Qarabağ" "Keşlə"yə 7 cavabsız qolla qalib gəldi

20:50 26 İyun 2021

Yeni mövsümə hazırlıqlarını Bakıda davam etdirən “Qarabağ” və “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.

 

“Azərsun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 7:0 hesabı ilə qalib gəlib. Xayme Romero və Musa Qurbanın dubl etdiyi matçda hərəyə bir dəfə Abdullah Zubir, Kadi Borqes, Hüseyn Hüseynzadə fərqlənib.

 

Hər iki komanda bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

 

 

Yoxlama oyunu

"Qarabağ" – "Keşlə" - 7:0
Qollar: Abdullah Zubir, 22, Xayme Romero, 28, 30, Musa Qurbanlı, 44, 47, Kadi Borqes, 61, Hüseyn Hüseynzadə, 88.  


Digər xəbərlər

Xəbər xətti