Kriştiano Ronaldo yenə kapitanlıq sarğısını yerə atdı - FOTOLAR

09:29 28 İyun 2021

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin 1/8 finalında Belçikaya məğlubiyyətdən (0:1) sonra hisslərini cilovlaya bilməyib.
 

Komandası turnirlə vidalaşan 36 yaşlı hücumçu kapitanlıq sarğısını qazona atıb. Ronaldo bu hərəkəti ilk dəfə etmir. O, DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə görüşdə də (2:2) hakimə sərt etiraz edərək kapitanlıq sarğısını yerə çırpmışdı. Hətta sonradan həmin sarğı hərraca çıxarılmışdı. 



Digər xəbərlər

Xəbər xətti