“Neftçi”dən üçüncü transfer

13:05 28 İyun 2021

“Neftçi” növbəti transferini rəsmiləşdirib. 
 
Paytaxt klubu “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı yarımmüdafiəçinin bu komandanın heyətində “97” nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
 
2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.
 
Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib. 


Digər xəbərlər

Xəbər xətti