Ukrayna klubunun hücumçusu "Zirə" ilə anlaşıb

13:22 2 İyul 2021

“Zirə” yeni futbolçu ilə anlaşıb.

 

Qəsəbə təmsilçisi Velvis Damakena ilə 1+3 illik müqavilə imzalayıb. Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. 20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

 

Braziliyalı futbolçu "Lvov"dan başqa Slovakiyanın "Lokomotiva" klubunda da çıxış edib.


Xəbər xətti