Azərbaycan Tokioya 32-ci lisenziyanı qazandı

10:00 6 İyul 2021

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

 
Pauerliftinqçi Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək, nüfuzlu yarışa lisenziya qazanıb.
 
Qeyd edək ki, bu, Azərbaycan paralimpiyaçılarının Tokio olimpiadasına ümumilikdə 32-ci lisenziyası olub. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir. 


Digər xəbərlər

Xəbər xətti