Azərbaycan idmançılarının Tokioya gedəcəyi vaxt bəlli oldu

11:19 6 İyul 2021

Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularımızın Yaponiyaya səfər vaxtı məlum olub.

 

Cüdo millimiz iki qrup şəklində səfərə yollanacaq.

 

Millimizin ilk heyəti iyulun 14-ü Bakı-İstanbul-Tokio reysiylə uçacaq. Ağır çəkili cüdoçularımız isə bundan dörd gün sonra yola düşəcək.

 

İyulun 1-dən Xorvatiyanın Poreç şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən komandamız ayın 8-də Bakıya qayıdacaq və Tokioya son hazırlıqlarını paytaxtda davam etdirəcək.

 

Qeyd edək ki, Olimpiadada Azərbaycanı kişilərdə Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerskaya (+78 kq) təmsil edəcək.

 

Xatırladaq ki, Tokio Olimpiadasında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək. (Oxu.az)


Digər xəbərlər

Xəbər xətti