Bakı Olimpiya Stadionu İtaliyanın şərəfinə işıqlandırıldı

15:16 12 İyul 2021

Ötən gecə Bakı Olimpiya Stadionu (BOS) İtaliyanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Bu addım İtaliya yığmasının Avro-2020-nin qalibi olması münasibəti ilə atılıb. Stadion çempion ölkənin şərəfinə yaşıl, ağ və qırmızı rənglərə boyanıb.

 

Qeyd edək ki, İtaliya "Uembli" stadionunda keçirilən matçda İngiltərə ilə əsas və əlavə vaxtda 1:1 hesablı heç-heçə etsə də, penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib. 


Xəbər xətti