İtaliya Futbol Federasiyası millinin futbolçularını mükafatlandıracaq

11:13 13 İyul 2021

İtaliya Futbol Federasiyası millinin futbolçularını Avro-2020-nin qalibi olmaları münasibəti ilə mükafatlandıracaq.

 

Rəhbərlik hər bir oyunçuya 250 min avro verəcək. Bu məbləğ UEFA-nın federasiyaya turnirin kuboku qazanmaları münasibəti ilə ödəniləcək 28 milyon avrodan ayrılacaq.

 

Qeyd edək ki, İtaliya finalda İngiltərəyə qalib (1:1, penaltilər seriyası - 3:2) gələrək Avro-2020-nin qalib olub. 


Digər xəbərlər

Xəbər xətti