"Qarabağ"ın futbolçusu Almaniyada əməliyyat olundu - FOTO

11:07 14 İyul 2021

Avstriyada təlim-məşq toplanışı zamanı zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

 

Sol ayağından xəsarət alan gənc müdafiəçinin Almaniyada həyata heçirilən əməliyyatı uğurlu olub. Millimizin də üzvü olan futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Bədavi Hüseynov da zədə səbəbindən "Qarabağ"ın təlim-məşq toplanışında iştirak edə bilmir. 



Digər xəbərlər

Xəbər xətti