UEFA-nın yeni reytinqində Azərbaycan 1 pillə irəlilədi

14:10 15 İyul 2021

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.


Azərbaycan 1 pillə irəliləyib. "Neftçi"nin evdə "Dinamo"ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi ilə ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 13,125-ə çatıb və reytinqdə yenidən 28-ci pilləyə yüksəlib.

Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,125 xal geri qalır. 


Digər xəbərlər

Xəbər xətti