Avropa çempionu PSJ-dən ayrıldı

14:12 17 İyul 2021

İtaliya millisinin heyətində Avropa çempionu olan Alessandro Florensi PSJ-dən ayrılıb.

 

Müdafiəçi özü ayrılığı barədə şəxsi instaqram səhifəsində bu cür yazıb:

 

“Təşəkkür edirəm, PSJ. İnanılmaz. Gözəl şəhərdə inanılmaz bir il oldu. Vidalaşmağın vaxtı gəldi. Bu ailənin üzvü olmaq böyük fəxr idi. PSJ inkişaf etmək üçün əla fürsət idi. Hər kəsə təşəkkürümü bildirirəm”. 


Digər xəbərlər

Xəbər xətti