Şahmatçımız Şəhriyar Məmmədyarov Çempionlar Turunda yer alacaq

15:49 23 İyul 2021

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 8-ci mərhələsinin iştirakçıları bəlli olub.
 
“Chessable Masters” adlanan turnirdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.
 
Turnirdə iştirak edəcək 16 şahmatçıdan 13-nün adı açıqlanıb. Siyahıda 12 yaşında qrossmeyster adını qazanmış ABŞ təmsilçisi Abhimanyu Mişra da var. Digər 3 şahmatçı daha sonra bəlli olacaq.
 
Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək. 


Digər xəbərlər

Xəbər xətti