Tokio-2020: Daha iki idmançımız mübarizəyə başlayır

08:00 27 İyul 2021

Bu gün - Tokio-2020-nin 4-cü günündə 2 idmançımız mübarizə aparacaq.

Əvvəlcə cüdoçumuz Murad Fətiyev tatamiyə çıxacaq. 81 kq çəkidə mübarizə aparaq idmançımız 1/16 finalda Syera-Leonedən olan Frederik Harrislə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 06:00-da nəzərdə tutulub.

Bu gün həm də Azərbaycan badmintonu üçün Olimpiadada debüt reallaşacaq. Qrup mərhələsində ilk turu buraxan milliləşən legioner Edi Reski Dviçayo L qrupunun 2-ci turunda vyetnamlı Tine Minh Nguye ilə yarışacaq. Bu görüşün start fiti Bakı vaxtı ilə 15:00-da veriləcək.

Qeyd edək ki, yarışın ilk 3 günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb. 


Xəbər xətti