"Soçi" Bakıda məşqə çıxmayacaq

13:24 27 İyul 2021

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Keşlə" ilə cavab qarşılaşması üçün Bakıya gələcək "Soçi" maraqlı addımla diqqət çəkib.

 

 Rusiya təmsilçisi Bakıdakı oyundan bir gün əvvəl "ASK Arena"da məşqə çıxmaqdan imtina edib.

 

Komandanın baş məşqçisi Vladimir Fedotov komandasını sünii örtüklü meydançaya oyunqabağı məşqə çıxarmaq istəməyib.Sabah Bakıya uçacaq "Soçi" bir gün sonra 20:00-da "Keşlə" ilə “ASK Arena”da oyuna çıxacaq. 

 

Xatırladaq ki, “Soçi”dən əvvəl Çempionlar Liqasında “Neftçi”nin rəqibi olan “Olimpiakos” da matçdan bir gün əvvəl stadionun keçiriləcəyi "Baksel Arena"da məşqə çıxmaqdan imtina etmişdi. 


Xəbər xətti