Badmintonçumuz Tokio-2020-yə qələbə ilə başladı

16:45 27 İyul 2021

Bu gün Azərbaycan badmintonu üçün Olimpiadada debüt reallaşıb.

Təmsilçimiz Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib. 23 yaşlı idmançı L qrupunun 2-ci turunda vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

 

İlk hissədə 21:14 hesabı ilə qalib gələn Dviçayo ikinci hissədə də rəqibini üstələyib - 21:18.

Milliləşdirilən legionerimiz qrupdakı sonuncu görüşünü iyulun 29-da danimarkalı Anders Antonsenə qarşı keçirəcək. Qrupu lider kimi tamamlayan badmintonçu 1/8 finala adlayacaq. 


Xəbər xətti