Tokio-2020: Amerikalı gimnast yarışdan imtina etdi

12:04 28 İyul 2021

Amerikalı gimnast Simon Baylz yenə gündəmə gəlib. O, ötən gün idman gimnastikasında çoxnövçülük üzrə komanda yarışlarını yarıda dayandırmalı olmuşdu. Yalnız dayaqlı tullanma hərəkətlərini yerinə yetirən Baylz  qərarını mental səbəblər və stresslə əlaqələndirmişdi. 
 
O, sabah keçiriləcək çoxnövçülük üzrə fərdi yarışların finalında iştirakdan da imtina etmək qərarına gəlib. 24 yaşlı gimnastın eyni səbəblərdən bu qənaətə gəldiyi bildirilir. 
 
Beləliklə, Baylzın titullarını qoruya bilməyəcəyi dəqiqləşib. Baylz 4 qat olimpiya və 19 qat dünya çempionudu. Bir çox mütəxəssislər onu tarixin ən böyük qadın gimnastı hesab edirlər. 


Xəbər xətti