Tokio-2020: Qadın cüdoçumuz yarımfinala yüksəldi

10:11 30 İyul 2021

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Milliləşdirilmiş ukraynalı idmançı +78 kq çəkidə yarışır. O, ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub. O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuz 2019-cu ilin dünya çempionu Akira Sone (Yaponiya) ilə qarşılaşacaq. 

Yarımfinal, final görüşləri və üçüncü yer uğrunda qarşılaşmalar Bakı vaxtı ilə saat 12.00 - 14.50 arasında keçiriləcək.

İ.Kindzerska cudo yarışlarında sonuncu təmslçimizdir.

Bundan əvvəl mübarizəyə qoşulmuş 8 cüdoçumuzun heç biri medal qazana bilməyib. 


Xəbər xətti