"Qarabağ"ın futbolçusu keçmiş klubu ilə vidalaşdı

Sportarena.az      3 Avqust 2021 , 00:33

“Qarabağ”ın yeni transferi Marko Veşoviç keçmiş klubu “Legiya” ilə vidalaşıb.

 

29 yaşlı oyunçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
 
“Üç il yarımdan sonra “Legiya” ilə vidalaşmağın vaxtı gəldi. Dünyanın ən yaxşı azarkeş qruplarından birinin qarşısında oynamaq şərəf və xoş idi. Yaxşı və pis məqamlar oldu. Bilirsiz ki, Veşoviç bu formada çıxdığı hər oyunda hər şeyini verirdi. Burada yaxşı dostlarla qarşılaşdım, ailəm paytaxt Varşavaya aşiq oldu. Mən həqiqi “Legiya”lı oldum. Məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Klubuma və komanda yoldaşlarıma Avropa arenasında və Polşa çempionatında mübarizədə ən yaxşısını arzu edirəm”.

Monteneqrolu futbolçu “Qarabağ”la 2 illik müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin