"Qəbələ"nin keçmiş futbolçusu "Səbail"lə anlaşıb

12:46 5 Avqust 2021

Mövsümə hazırlığı davam etdirən "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Paytaxt təmsilçisi müdafiəçi Sadiq Quliyevi rənglərinə bağlayıb. 26 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Sadiq Quliyev "Zirə" və "Qəbələ" klublarında çıxış edib. O, 21 yaşlılardan ibarət milli komandamızda da oynayıb. 


Digər xəbərlər

Xəbər xətti