Messi PSJ-yə keçəcəyi xəbərlərinə münasibət bildirdi - "Hələlik heç bir qərar verilməyib"

10:00 9 Avqust 2021

"Barselona"dan ayrılan Lionel Messi PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, Paris təmsilçisinə keçidinin mümkün olduğunu bildirib: "Ancaq hazırda heç bir razılaşma yoxdur. "Barselona" ilə müqaviləmin yenilənməyəcəyi açıqlanan zaman mənə çoxlu zənglər gəldi. Bir neçə maraqlı klub var. Hələlik heç bir qərar verilməyib, danışıqlar aparırıq".

Qeyd edək ki, Fransa mətbuatı Messinin bu gün Parisə gedəcəyini yazıb. 


Xəbər xətti