Azərbaycan çempionatlarında 60 komanda

12:02 10 Avqust 2021

Bu həftə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü start götürəcək. Sayca 30-cu olacaq ölkə çempionatı yubiley xarakteri daşıyır. 1992-ci ildən keçirilən yarışda indiyədək 60 klub mübarizə aparıb. Onlardan yalnız ikisi – “Neftçi” və “Qarabağ” bütün mövsümlərdə mükafatlar uğrunda mübarizə aparıb. Əvvəlki 29 çempionatın ümumi cədvəlinə də bu iki komanda başçılıq edir. Qələbəyə görə üç xalın hesablandığı cədvəldə “Neftçi” 1-ci, “Qarabağ” 2-cidir. Bakı klubunu Ağdam təmsilçisindən cəmi üç xal ayırır. 3-cü sırada qarşıdakı mövsümün daha bir iştirakçısı “Keşlə” qərarlaşıb. Liderlər cari mövsümdə 1-ci yer uğrunda öz aralarında mübarizə aparacaqsa, 3-cü pillənin dəyişəcəyi gözlənilmir.

İlk “onluq”da mövsümün daha bir iştirakçısı “Qəbələ” də var. “Keşlə” kimi “qırmızı-qaralar”ın da mövqeyi dəyişməz qalacaq.

14-cü olan “Sumqayıt” iki pillə irəliləmək şansına malikdir. Eyniadlı şəhərin ən yaxşı komandası olmaq üçün sumqayıtlılara 2 xal lazımdır.

Digər klubların irəliləmək imkanları daha çoxdur. 19-cu olan “Zirə” də, 30-cu olan “Səbail” də,  37-ci olan “Sabah” da 2021/22 mövsümünün nəticələrinə əsasən ümumi sıralamada xeyli irəliləyə bilər.

Qeyd edək ki, texniki nəticələr cədvəldəki top fərqinə daxil edilməyib.

 

1.

Neftçi

825

468

182

175

1412-643

1586

2.

Qarabağ

825

463

194

168

1268-639

1583

3.

Keşlə

593

275

155

163

777-560

980

4.

Kəpəz

574

266

117

191

926-654

915

5.

Turan

584

250

112

222

723-690

862

6.

Bakı

517

217

123

177

632-531

774

7.

Qəbələ

440

171

118

151

528-488

631

8.

Xəzər Lənkəran

369

160

103

106

493-338

583

9.

AZAL

362

127

104

131

379-380

485

10.

Şəmkir

248

132

40

76

393-284

436

11.

Viləş

268

119

41

108

309-341

398

12.

Simurq

272

88

80

104

280-299

344

13.

Xəzər (Sumqayıt)

246

98

27

121

339-369

321

14.

Xəbər xətti