"Barselona" Aqueronun müqaviləsini ləğv edə bilər

13:49 10 Avqust 2021

İspaniyanın “Barselona” klubunun yay transfer pəncərəsi zamanı heyətinə qatdığı Serxio Aqueronun müqaviləsində yeni detal üzə çıxıb.

 

Kataloniya təmsilçisi argentinalı hücumçu ilə sözləşməni vaxtından əvvəl ləğv edə bilər. 33 yaşlı forvardın müqaviləsində yer alan maddəyə görə, klub hücumçunun zədələnməsi səbəbindən onunla yolları ayıra bilər.

 

 

Qeyd edək ki, "Barselona"nın məşqi zamanı baldırından zədələnən Aquero 10 həftə oynamayacaq. 


Digər xəbərlər

Xəbər xətti