Lionel Messinin təqdimat mərasimi keçirildi

17:42 11 Avqust 2021

PSJ yeni transferi Lionel Messinin təqdimat mərasimini keçirib.

"Park De Prens" stadionunda təşkil edilən tədbirdə klub prezidenti Nasser el-Xelaifi də iştirak edib. O, çıxışı zamanı Messinin transferini PSJ-nin tarixi üçün önəmli bir addım adlandrıbı:

“Messi “Qızıl top” mükafatını 6 dəfə qazanan yeganə futbolçudur. Onu sizə təqdim etməkdən qürur duyuram və çox həyəcanlıyam. Azarkeşlərimiz onu izləməkdən həzz alacaqlar. Həm biz, həm də Messi bu keçidin baş tutmasına çalışdı. Klubumuz əla iş çıxardı. Messi PSJ-nin tarixi üçün önəmli transferdir”.

 

Qeyd edək ki, "Barselona"dan ayrıldıqdan sonra azad agent statusu ilə PSJ-yə keçən Messi ilə 2+1 illik müqavilə imzalanıb.  


Xəbər xətti