Rüfət Dadaşov "Şalke"də

14:00 13 Avqust 2021

Azərbaycanlı futbolçu Rüfət Dadaşov ABŞ-ın "Feniks Rayzinq" klubundan ayrılıb.

 

30 yaşlı hücumçu karyerasını Almaniyada davam etdirəcək. O, "Şalke"nin 2-ci komandasında çıxış edəcək. Bu barədə II Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin Rüfətlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da oynayıb. O, son klubu "Feniks Rayzinq"lə MLS liqasında 15 qol vurub, 6 məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti