Dünya çempionatında güləşçilərimizin rəqibləri müəyyənləşib

12:44 16 Avqust 2021

Sabah Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürəcək.

 

İlk 3 yarış günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Bu gün güləşin bu növündə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

 

57 kq
1/8 final: Nurəddin Novruzov - Simyone Piroddu (İtaliya) 

 

61 kq
Təsnifat: Əbülfəz Nəsirov - Salamat Malikov (Qazaxıstan)

 

65 kq
1/8 final: Zirəddin Bayramov - Mustafa Əhmədov (Tacikistan)

 

70 kq
1/8 final: Cəbrayıl Hacıyev - İvan Stoyanov (Bolqarıstan)

 

74 kq
1/8 final: Turan Bayramov - Stas Volf (Almaniya)

 

79 kq
Təsnifat: Əşrəf Aşırov - Osman Dzasezevs (Latviya)

 

86 kq
1/8 final: Saqadulla Ağayev - Samatbek Uulu (Qırğızıstan)

 

92 kq
Təsnifat: Abdulcəlil Şabanov - Dmitri Duskov (Moldova)

 

125 kq
1/8 final: Aydın Əhmədov - Georgi İvanov (Bolqarıstan)

 

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 10:00-da başlayacaq. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxacaq. 


Digər xəbərlər

Xəbər xətti