Almaniya Bundesliqasında ilk turun oyunları başa çatıb

14:55 16 Avqust 2021

Futbol üzrə Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ilk turuna yekun vurulub. Sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Ötən mövsümün gümüş medalçısı “Leypsiq” səfərdə “Maynts”la üz-üzə gəlib və minimal hesabla uduzub.
 
Dörd qolun vurulduğu “Köln” – “Herta” matçı isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 3:1.


Xəbər xətti