"Sabah"ın "Sumqayıt"la 12-ci oyunu

13:19 19 Avqust 2021

Həftəsonu Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək. “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Şənbə günü keçiriləcək matç komandalar arasında Premyer Liqada 12-ci görüş olacaq. Bu günə kimi oynanılmış matçların 4-də “Sabah”, 5-də isə rəqib qalib gəlib. 2 görüş heç-heçə başa çatıb (top fərqi – 12-15).

 

Komanda səfər görüşlərində daha uğurlu çıxış edib (4 qələbə, 2 məğlubiyyət). Bu komandalar arasında Sumqayıtda keçirilən son matç “Sabah”ın qələbəsilə nəticələnib (2:0).

Avqustun 21-də "Kapital Bank Arena"da olacaq “Sumqayıt” – “Sabah” görüşü saat 20:00-da başlayacaq

"Sabah"ın Azərbaycan Premyer Liqasında “Sumqayıt”a qarşı keçirdiyi bütün oyunlar:

2018/19 mövsümü

19.08.2018 Sabah – Sumqayıt 1-4
21.10.2018 Sumqayıt – Sabah 0-1
15.03.2019 Sabah – Sumqayıt 1-1
05.05.2019 Sumqayıt – Sabah 1-0

2019/20 mövsümü

21.09.2019 Sumqayıt – Sabah 1-0
10.11.2019 Sabah – Sumqayıt 1-3
15.02.2020 Sumqayıt – Sabah 1-2

2020/21 mövsümü

25.10.2020 Sabah – Sumqayıt 1-2
24.12.2020 Sumqayıt – Sabah 1-2
08.03.2021 Sabah – Sumqayıt 1-1
04.05.2021 Sumqayıt – Sabah 0-2


Digər xəbərlər

Xəbər xətti