İki güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib

14:30 20 Avqust 2021

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

 

Azərbaycan təmsilçilərindən Elmir Əliyev (55 kq) 1/8 finalda iranlı Əmirrza Dehbozorgiyə uduzub. Ziya Babaşov (63 kq) debütdə yerli pəhləvan Səid Bakayevlə bacarmayıb.

77 kq-da mübarizə aparan Elcan Məmmədov təsnifat mərhələsində polşalı Konrad Kozlovskiyə tuşe ilə qalib gəlsə də, 1/8 finalda Belarus təmsilçisi Dmitri Bonka ilə dueldən məğlub ayrılıb.

87 kq-dakı Laçın Vəliyev Mario Vukoviç (Serbiya), Alqot Kaelman (İsveç) və Lukas Lazogianisə (Almaniya) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda Tirone Stekelenburqun (Niderland) müqavimətini qırmağa çalışacaq.

Sərxan Məmmədov (130 kq) isə Əmirməhəmməd Bayat (İran) və Tomaş Vavrinçikə (Polşa) gücünü göstərərək yarımfinala adlayıb. Onun rəqibi Nikolaos Ntunias (Yunanıstan) olacaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti