"Qarabağ" Vadjini neçəyə alıb?

18:03 20 Avqust 2021

"Qarabağ"ın yeni transferi İbrahima Vadji üçün Norveçin "Haugesund" klubuna ödədiyi məbləğ bəlli olub.

Türkiyə mətbuatı bu transfer üçün Ağdam təmsilçisinin qarşı tərəfə 500 min avro ödədiyini yazib.

Ancaq Qol.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" 26 yaşlı hücumçunu 600 min avro qarşılığında transfer edib.

Qeyd edək ki, seneqallı oyunçu "Qarabağ"la 3 illik müqavilə imzalayıb. 


Xəbər xətti