"Ronaldo məşqdə mənə klubda qalacağını söylədi" - "Yuventus"un baş məşqçisi

12:13 22 Avqust 2021

"Yuventus"un baş məşqçisi Masimiliano Alleqri Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

O, portuqaliyalı hücumçunun Turin təmsilçisində qalacağını deyib.

 

"Kriştiano yaxşı məşq edir və yaxşı formadadır. Məşqdə mənə klubda qalacağını söylədi. Ayrılıq olmayacaq. Mən də ona dincəlməsi üçün icazə verdim. "Udineze" matçında oynamağa hazırdır. Bütün futbolçuları və vurduğu qollarla komandaya kömək edən Ronaldonu qorumalıyam" -deyə Alleqri ayrılıq xəbərlərini təkzib edib.

Qeyd edək ki, Ronaldonun adı PSJ, "Mançester Siti" və "Real"la hallanırdı.


Digər xəbərlər

Xəbər xətti