İspaniya çempionatı: “Real” səfərdə xal itirdi

03:13 23 Avqust 2021

Futbol üzrə İspaniya La Liqasında 2-ci turun oyunları keçirilir. Bazar günü daha üç qarşılaşma baş tutub.
 
Madridin “Real” komandası səfərdə “Levante” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Son çempion “Atletiko” isə “Elçe”ni minimal hesabla məğlub yola salıb. “Real Sosyedad” da “Rayo Valyekano” ilə oyunda 3 xalı tək qolla qazanıb.
 
İspaniya La Liqası
2-ci tur
 
22 avqust
 
Real Sosyedad – Rayo Valyekano 1:0
Qol: Oyarzabal, 68-pen.
 
Atletiko – Elçe 1:0
Qol: Korrea, 39.
 
Levante – Real 3:3
Qol: Rocer, 46. Kampana, 57. Pyer, 79 – Beyl, 5. Vinisius, 73; 85.
 
23 avqust
 
22:00 Xetafe – Sevilya
00:00 Osasuna – Selta 


Digər xəbərlər

Xəbər xətti