Aftandil Hacıyev: "Ustalıq səviyyəsi yüksək olan komanda qalib gəldi"

11:00 23 Avqust 2021

Azərbaycan Premyer Liqasının 2-ci turunun "Qarabağ" - "Səbail" (3:0) oyunundan sonra öncə qonaqların baş məşqçisi Aftandil Hacıyev təşkil olunan mətbuat konfransında çıxış edib.

"Səbail"in çalışdırıcısı görüşlə bağlı qısaca danışıb:

"Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Onlara "Aberdin"lə oyunda uğurlar arzulayıram. Oyuna gəldikdə, bəzi elementləri həyata keçirmək istəyirdik. Bəziləri alındı, bəziləri yox. İlk hissədə buraxdığımız qollar oyunun taleyini həll etdi. Ustalıq səviyyəsi yüksək olan komanda qalib gəldi. Ağır matç idi. İnanıram ki, oyunumuzu zamanla yaxşılaşdıracağıq. Qarşıda 3 həftəlik fasilə olacaq". 


Xəbər xətti