Ayxan Abbasov üçün əlamətdar oyun

16:00 23 Avqust 2021

Azərbaycan Premyer Liqasının 2-ci turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.
 
Mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Onun komandası “Sabah”la ev matçında 2:0 hesabı ilə qalib gəlib.
 

Bu qələbə onun karyerasında 135-ci matça təsadüf edib. Abbasov “Sumqayıt”da 28 (84 oyunda), bundan əvvəl çalışdığı “Zirə”də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib.

Bu qələbələrdən 41-i Premyer Liqaya təsadüf edib. Mütəxəssis Azərbaycan kubokunda 7, Avropa Liqasında 2 uğura şahid olub.


Digər xəbərlər

Xəbər xətti