"Barselona"nın gənc ulduzu 290 gün sonra məşqə çıxdı - FOTO

01:00 25 Avqust 2021

"Barselona"nın gənc futbolçusu Ansu Fati zədəsini sağaldıb.

 

18 yaşlı hücumçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Fati 2020-ci ilin 7 noyabr tarixində dizindən zədələnmişdi. O, 290 gün idi ki, komanda ilə birlikdə məşq edə bilmirdi.



Xəbər xətti