"Real"ın qapıçısı koronavirusa yoluxdu

15:15 25 Avqust 2021

İspaniyanın "Real" klubunun futbolçusu Andrey Lunində koronavirus aşkarlanıb.

 

Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ukraynalı qapıçı karantinə alınıb.

 

Qeyd edək ki, 22 yaşlı "əlcək sahibi" "Real" 2018-ci ildə Luqansk "Zorya"sından transfer olunub. O, "Leqanes", "Valyadolid" və "Ovyedo"da icarə əsasında çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti