Rüfət Dadaşov "Şalke"yə qələbə qazandırdı

02:10 26 Avqust 2021

Azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi "Şalke"nin ikinci komandası bu gün növbəti oyununu keçirib.

Komanda Almaniya Regional Liqasının 3-cü turunda Münhenqladbax "Borussiya"sını qəbul edib.

 

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Rüfət Dadaşov vurub. O, 90 dəqiqə meydanda olub.

Xatrladaq ki, Dadaşov bir neçə gün əvvəl ABŞın "Finiks Rayzinq" klubundan "Şalke"yə keçib.


Digər xəbərlər

Xəbər xətti