Kriştiano Ronaldo rəsmən "Mançester Yunayted"də

21:12 27 Avqust 2021

"Mançester Yunayted" Yuventus"un futbolçusu Kriştiano Ronaldonun transferini rəsmən açıqlayıb.

36 yaşlı hücumçu ilə transferlər bağlı razılıq əldə olunduğu bildirilib. Portuqaliyalı futbolçunun yalnız tibbi müayinədən keçməsi, viza alması və "Mançester Yunayted"lə şəxsi müqaviləsinin detallarını razılaşdırması lazımdır.

Qeyd edək ki, Ronaldonun İngiltərə təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı gözlənilir. Kriştiano 2003-2009 -cu illərdə "Yunayted" də çıxış edib.


Xəbər xətti