Vüsal İsgəndərli Türkiyədə qol hesabını açdı - VİDEO

11:11 29 Avqust 2021

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin də çıxış etdiyi "Keçiörengücü" Turkiyə 1-ci liqasında növbəti matçına çıxıb.

Sportarena.az xəbər verir ki, komanda 3-cü turda "Adanaspor"la qarşılaşıb. "Keçiörengücü" 2:0 hesablı qələbə qazanıb.

Millimizin üzvü matçın 52-ci dəqiqəsində fərqlənərək komandasının 2-ci qolunu vurub. Bu, Vüsalın yeni komandasında rəsmi oyunlarda ilk qoludur.

 

 


Xəbər xətti