Tokio-2020: Azərbaycan 10-cu qızıl medalını qazanıb

13:20 31 Avqust 2021

Azərbaycan üzgüçüsü Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Sportarena.az xəbər verir ki, o, üzgüçülük idman növü üzrə 100 metrə sərbəst kateqoriyada 52,69 saniyəlik nəticə göstərərək çempion olub.
 
Təmsilçimiz daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında paralimpiya çempionu olmuşdu.

 

Bununla da Azərbaycanın 10-cu qızıl medalını, ümumilikdə isə 14-cü medalını qazanıb.


Xəbər xətti