Kriştiano Ronaldo “Mançester Yunayted”lə müqavilə imzaladı

14:09 31 Avqust 2021

“Mançester Yunayted” yeni transferi Kriştiano Ronaldo ilə müqavilə imzalayıb.

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 36 yaşlı hücumçu ilə 2+1 illik müqaviləyə qol çəkib.

 

Daha əvvəl “qırmızı şeytanlar”ın qarşı tərəfə keçid üçün 15 milyon avro ödəyəcəyi bildirilmişdi. Bu məbləğ 5 il ərzində ödəniləcək. Həmçinin müqaviləyə 8 milyon avro bonus da daxildir. 

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə də "Mançester Yunayted"də oynayıb. 


Digər xəbərlər

Xəbər xətti