Tokio-2020: Azərbaycan üzgüçüsü qızıl medal qazandı

16:00 1 Sentyabr 2021

Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Sportarena.az xəbər verir ki, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

 

İsrafilov həm də paralimpiada rekordunu qırıb. 19 yaşlı idmançı ən gənc paralimpiya çempionu kimi ölkənin tarixinə düşüb.

Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti