"Neftçi" braziliyalı hücumçu ilə müqavilə bağladı

01:35 2 Sentyabr 2021

“Neftçi” hücumçu transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı futbolçu komandamızın heyətində 91 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti