Avstriya- Azərbaycan matçının hakimləri bəlli oldu

16:55 4 Sentyabr 2021

21 yaşlılardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, bu oyunu idarə edəcək hakimlər açıqlanıb. Qarşılaşmada Belarusdan olan hakimlər ədaləti qoruyacaq.

 

Görüşün baş hakimi Amin Kurqheli olacaq. Ona yan xətlərdə Yuri Xomçenko və Viktor Xetskov köməklik göstərəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.

 

Senytabrın 7-də keçiriləcək Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti